...

Aşağı Aralıq kəndində tibbi müayinə aksiyası keçirilib

Bu gün “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Şərur rayonunun Aşağı Aralıq Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası təşkil olunub.
​Aksiyaya ümumilikdə 107 vətəndaş müraciət edib. Vətəndaşlar müxtəlif istiqamətlər üzrə tibbi müayinələrdən keçiblər. Belə ki, 37 ginekoloji, 40 pediatrik, 30 USM və 44 laborator müayinə aparılıb.
​Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.