Aşağı Aralıq kəndində tibbi müayinə aksiyası keçirilib
Bu gün “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Şərur rayonunun Aşağı Aralıq Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası təşkil olunub.
Aksiyaya ümumilikdə 107 vətəndaş müraciət edib. Vətəndaşlar müxtəlif istiqamətlər üzrə tibbi müayinələrdən keçiblər. Belə ki, 37 ginekoloji, 40 pediatrik, 30 USM və 44 laborator müayinə aparılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.