Babək rayonunun Aşağı Buzqov kəndində tibbi müayinə aksiyası keçirilib
Martın 11-də “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Babək Rayon Aşağı Buzqov Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində sakinlərə müxtəlif tibbi xidmətlər göstərilib. Ümumilikdə 109 müayinə aparılıb. Həmin müayinələrin 21-i kardioloji, 17-si elektrokardioqrafiya (EKQ), 22-si ultrasəs (USM), 14-ü pediatrik, 12-si terapevtik, 11-i ginekoloji və 12-si laborator müayinələr olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində bu kimi aksiyalar mütəmadi olaraq davam etdirilir.