...

Babək rayonunun Aşağı Buzqov kəndində tibbi müayinə aksiyası keçirilib

Martın 11-də “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Babək Rayon Aşağı Buzqov Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası təşkil olunub.
​Aksiya çərçivəsində sakinlərə müxtəlif tibbi xidmətlər göstərilib. Ümumilikdə 109 müayinə aparılıb. Həmin müayinələrin 21-i kardioloji, 17-si elektrokardioqrafiya (EKQ), 22-si ultrasəs (USM), 14-ü pediatrik, 12-si terapevtik, 11-i ginekoloji və 12-si laborator müayinələr olub.
​Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində bu kimi aksiyalar mütəmadi olaraq davam etdirilir.