Meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.
Meymunçiçəyi
Suçiçəyi və meymunçiçəyi xəstəlikləri iki fərqli xəstəliklərdir, törədiciləri də müxtəlifdir - iki fərqli viruslardır. Su çiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Meymunçiçəyi xəstəliyinin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Suçiçəyi ilə müqayisədə meymunçiçəyi xəstəliyi zamanı səpgilər daha dərin və həcmli olurlar.