Koronavirusla bağlı

Hər yaşda insanlar virusa yoluxma riski altındadır. Bununla belə, əksər digər respirator virus xəstəliklərdə olduğu kimi, uşaqlar və 65 yaşdan yuxarı insanlar, immun sistemi zəifləmiş olan vətəndaşlar ağır xəstəlik riski altındadır.

1. Tibbi maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır.

2. Tibbi maskanı çıxarmadan öncə əllərinizi yuyun; maskanı çıxararkən elastik ilmələrdən və ya qaytanlardan istifadə edin; maskanı çıxarandan sonra əllərinizi yuyun.

3. Tibbi maskanı çirkləndiyi və ya nəmləndiyi zaman dəyişdirin.

4. Birdəfəlik maskalardan təkrarən istifadə etməyin. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır.

Ümumiyyətlə, peyvəndlərin yan təsirləri yüngüldür və qısamüddətlidir. Peyvənddən sonra ilk iki gündə ən çox rast gəlinən yan təsirlər; yorğunluq, ağrı, titrəmə və inyeksiya edilən qolda ağrı və ya həssaslıqdır. COVID-19 peyvəndlərinin bir və ya iki gün davam edən qızdırma və ya əzələ ağrısı kimi yüngül və qısamüddətli yan təsirləri olduğu bilinir. Allergik reaksiya və ya laxtalanma problemləri kimi ciddi yan təsirlər çox nadirdir. Qripə bənzər simptomlar da ola bilər. Məsləhət üçün həkimə müraciət etmək lazımdır.

Xeyr, COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya və dölə zərər verdiyinə dair heç bir sübut yoxdur. Hamilə olmağa çalışan qadınlar COVID-19 peyvəndi ola bilərlər, bəzən əksi iddia edilsə də hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

Aparılan araşdırmalar göstərir ki, ana südündən körpəyə COVID-19 keçə bilməz. Virus anadan körpəyə yalnız süd verərkən tənəffüs yolları vasitəsi keçə bilər. Bu səbəbdən COVID-19-a yoluxmuş analara süd verərkən tibb maskadan istifadə etməyi və gigiyena qaydalarına əməl etmək tövsiyə edirik.

 

Əks-göstəriş sertifikatı üçün hamilə qadınlar qeydiyyatda olduqları tibb müəssisəsindən hamiləlik registrindən çıxarış və şəxsiyyət vəsiqəsinin surəti ilə ərazi üzrə poliklinikada sahə terapevtinə müraciət etməlidirlər. Süd verən analar isə uşağın doğum haqqında şəhadətnaməsinin və ananın şəxsiyyət vəsiqəsinin surəti ilə yenə sahə terapevtinə müraciət etməlidirlər. Eyni zamanda təqdim edilən sənədlərdə mobil telefon nömrəsi və yeni növ şəxsiyyət vəsiqəsi olan vətəndaşlar faktiki yaşayış ünvanını qeyd edilməlidir.

 

Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.

 

Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

 

Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.

 

Buster (qüvvətləndirici) doza deməkdir. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

 

Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, “Peyvənd sertifikatı” əldə edə bilərsiniz. https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

“Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

 

“Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir.

Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).

02 iyul 2021-ci il tarixindən sonra “İmmunitet sertifikatı”nın müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 02 iyul 2021-ci il tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar.

 

“Peyvənd sertifikatı” olan 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin COVID-19 pasportu fevralın 15-dən etibarlı sayılacaqmı? 
- İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün  gücləndirici doza qəbul olunmalıdır. Əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.  

“İmmun sertifikatı” olan şəxsin xəstəliyindən 6 ay keçdikdən sonra bir doza vurdurubsa və həmçinin bir dozanın üzərindən də 6 ay keçibsə fevralın 15-dən həmin şəxsin COVID-19 sertifikatı etibarlı olacaqmı? 

“İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə onun “immun sertifikatı” “peyvənd sertifikatı” ilə əvəzlənir.  Bu səbəbdən fevralın 15-dən həmin şəxsin “peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.

“İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PZR testi vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.