Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə məktub yazmaq qaydaları

NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

 

  •  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Ümumi şöbəsinə daxil olur və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları"na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  • Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  • Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  •  Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır. Müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
  • Elektron müraciətdə qoşma fayllar olmamalıdır.
  • Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazriliyinin E-mail: info@nsehiyye.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Naxçıvan şəhəri, AZ 7000, Əziz Əliyev küç 120, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi