...

Tumbulda növbəti tibbi aksiya təşkil olunub

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası" publik hüquqi şəxsin ixtisaslı həkim heyəti tərəfindən Tumbul Kənd Feldşer Mama Məntəqəsində növbəti tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində sakinlərə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Keçirilən müayinələr zamanı 1 nəfər pediatrik, 7 nəfər terapevtik müayinədən keçirilib. Eyni zamanda 10 nəfərə ultrasəs müayinəsi (USM) və 8 nəfərə isə elektrokardioqrafiya (EKQ) xidmətləri göstərilib.
Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, aşkar olunan hallara uyğun lazımi tibbi məsləhətlər verilib və müvafiq müalicə üsulları təyin edilib.
Tibbi müayinə aksiyasının keçirilməsində əsas məqsəd əhali arasında sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, mümkün xəstəliklərin vaxtında aşkarlanması və vətəndaşların ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılmasıdır.
Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi mütəmadi xarakter daşıyır və regionlarda yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət edir.