Şahbuz rayonunun Biçənək kəndində tibbi aksiya keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ, “Ağciyər Xəstəlikləri Dispanseri” PHŞ və Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin ixtisaslı həkimlərindən ibarət briqadanın iştirakı ilə Şahbuz rayonunun Biçənək Kənd Tibb Məntəqəsində tibbi aksiya keçirilib.
Aksiya zamanı ümumilikdə 14 nəfər ixtisaslı həkim müayinələrindən yararlanıb. Keçirilən müayinələr zamanı ağciyər xəstəlikləri üzrə 2, yoluxucu xəstəliklər üzrə 3, dəri xəstəlikləri üzrə 5, psixi xəstəliklər üzrə isə 4 müayinə aparılıb.
Tibbi aksiya sakinlərin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və ixtisaslı tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə həyata keçirilib.