...

Şərur Regional Tibb Mərkəzinin inzibai binasında vətəndaş qəbulu keçirilib


Fevralın  12 - də Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Şərur Regional Tibb Mərkəzinin inzibati binasında vətəndaş qəbulu keçirilib. 
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin Şərur rayon mərkəzindəki abidəsi ziyarət olunub.
Şərur Regional Tibb Mərkəzinin inzibati binasında keçirilən vətəndaş qəbulunda nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri və məsul şəxslər iştirak ediblər.
Qəbul çərçivəsində ümumilikdə, 58 nəfərin müraciəti dinlənilib.
Qəbulun əsas məqsədi rayon sakinlərinin səhiyyə sahəsi ilə bağlı müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin operativ araşdırılması və həlli istiqamətində çevik qərarların qəbul edilməsi olub. Vətəndaşlarla açıq dialoq şəraitində keçirilən qəbul zamanı hər bir müraciət diqqətlə qeydə alınıb.
Bölgələrdə təşkil olunan vətəndaş qəbulları səhiyyə sistemində şəffaflığın artırılmasına, idarəetmədə çevikliyin təmin edilməsinə və əhali ilə birbaşa ünsiyyətin gücləndirilməsinə xidmət edir.