...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində vətəndaş qəbulu keçirilib

Martın 12-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən vətəndaş qəbulu keçirilib. Qəbul zamanı 49 nəfər vətəndaşın müraciətinə baxılıb.

          Vətəndaşların müraciətləri əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinələrin aparılması, işlə təminat, eləcə də səhiyyə sahəsinə aid digər məsələlərlə bağlı olub.

          Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.