Culfa rayonunun Ərəfsə kəndində tibbi müayinə aksiyası keçirilib
“Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsinin ixtisaslı həkim heyəti tərəfindən Culfa Rayon Ərəfsə Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Müayinələr zamanı 12 nəfər pediatrik, 11 nəfər terapevtik, 26 nəfər ultrasəs (USM), 11 nəfər oftalmoloji, 10 nəfər nevroloji, 5 nəfər isə ginekoloji müayinədən keçirilib.
Qeyd edək ki, aparılan müayinələrin nəticələrinə əsasən 3 nəfərə əlavə müayinələrdən keçməklə ixtisaslaşmış tibb müəssisələrinə müraciət etmələri tövsiyə olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.