Bu gün Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov nazirliyin inzibati binasında vətəndaş qəbulu həyata keçirib
Bu gün Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov nazirliyin inzibati binasında vətəndaş qəbulu həyata keçirib. Görüşdə nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də iştirak edib.
Nazir vətəndaşların müraciətlərini diqqətlə dinləyib və bəzi məsələlər elə qəbul zamanı yerindəcə həll edilib. Digər müraciətlərin isə qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli üçün aidiyyəti struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaş müraciətləri əsasən müayinə və müalicə, əlilliyin təyin edilməsi və işlə təminat məsələlərini əhatə edib.
Qeyd edək ki, vətəndaşlar nazirliyə müraciətlərini 2232 nömrəli Çağrı Mərkəzi vasitəsilə edə bilərlər.
.