...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında sünnət aksiyası keçirilib

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsdə sünnət aksiyası uğurla həyata keçirilib. Aksiya çərçivəsində ümumilikdə 19 nəfər uşaq üzərində sünnət əməliyyatı icra olunub. Əməliyyatlar xəstəxananın ixtisaslı həkim heyəti tərəfindən müasir tibbi standartlara uyğun şəkildə aparılıb və bütün pasiyentlər əməliyyatları uğurla başa vurublar. Aksiya zamanı Naxçıvan Muxtar Respublikasının müxtəlif şəhər və rayonlarından müraciət edən pasiyentlər qəbul olunaraq tibbi xidmətlə təmin ediliblər.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxs tərəfindən əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində bu sosial yönümlü aksiyanın bir neçə gün keçirilməsi nəzərdə tutulub.