...

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına həsr olunmuş tədbir keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər partiyanın yaranma tarixi, ölkənin ictimai-siyasi həyatındakı rolu və VIII Qurultayın əhəmiyyəti barədə danışaraq bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkənin inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm yer tutur.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi şəraitdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır. Qurultay ölkənin keçdiyi inkişaf yolunun qiymətləndirilməsi, əldə olunan tarixi nailiyyətlərin qorunması və yeni strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm siyasi platformadır.
Çıxışlarda səhiyyə sahəsində həyata keçirilən islahatlara, əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə göstərilən dövlət qayğısına da toxunulub.
Tədbirdə Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının, məsuliyyətinin və dövlətçilik prinsiplərinə sadiqliyinin əhəmiyyəti vurğulanıb.