...

Xanlıqlar kəndində sakinlər üçün tibbi aksiya təşkil olunub

Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” və “Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxslərinin ixtisaslı həkim briqadası tərəfindən Şərur rayonunun Xanlıqlar kəndində sakinlər üçün tibbi aksiya təşkil olunub.
Aksiya çərçivəsində kənd sakinlərinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və xəstəliklərin erkən aşkarlanması məqsədilə 31 ginekoloji, 31 ultrasəs (USM), 21 pediatrik və 5 laborator müayinə aparılıb.
Müayinələrin nəticələrinə uyğun olaraq vətəndaşlara müvafiq tibbi məsləhətlər verilib və zəruri müalicə təyinatları aparılıb.