“Vətəndaşların sağlamlığının qorunması hüququnun konstitusion təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Vətəndaşların sağlamlığının qorunması hüququnun konstitusion təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə səhiyyə müəssisələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Elnur Bağırov mövzunun səhiyyə sahəsində hüquqi maarifləndirmə baxımından əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında İnsan hüquq və azadlıqları sistemində sağlamlıq hüququnun qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, insanların yaşamaq hüququ, fiziki və mənəvi bütövlüyü, əmək fəaliyyəti, sosial rifahı və ləyaqətli həyat sürməsi bilavasitə sağlamlıqla bağlı olduğunu, həmçinin əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığının təmin edilməsi qaydaları, bu qaydaların pozulması hallarında yaranan hüquqi məsuliyyət, eləcə də tibbi xidmətlərin göstərilməsi qaydalarına əməl olunmasının əhəmiyyətini izah etmişdir.
Maarifləndirmə tədbirinin əsas məqsədi səhiyyə sahəsində qanunvericiliyin tələbləri barədə məlumatlılığın artırılması, hüquq pozuntularının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması hüququnun təmin edilməsi istiqamətində hüquqi biliklərin genişləndirilməsidir.