...

Şahbuz rayonunun Nurs kəndində tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsinin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Nurs Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində,  ümumilikdə, 83 müayinə həyata keçirilib. Bunlardan 13-ü endokrinoloji, 5-i LOR, 14-ü nevroloji, 25-i ultrasəs, 9-u kardioloji, 8-i terapevtik və 9-u oftalmoloji müayinə olub.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və ixtisaslı tibbi xidmətin əlçatanlığının artırılması istiqamətində bu cür aksiyaların keçirilməsi mühüm əhəmiyyət daşıyır.