...

Şahbuz rayonunun Keçili kəndində tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ, “Ağciyər Xəstəlikləri Dispanseri” PHŞ və Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin ixtisaslı həkimlərindən ibarət briqadanın iştirakı ilə Şahbuz rayonunun Keçili Kənd Tibb Məntəqəsində tibbi aksiya keçirilib.
Aksiya zamanı kənd sakinləri ixtisaslı həkim müayinələrindən yararlanıblar. Keçirilən müayinələr zamanı ağciyər xəstəlikləri üzrə 3, yoluxucu xəstəliklər üzrə 3, dəri xəstəlikləri üzrə 3, psixi xəstəliklər üzrə isə 4 müayinə aparılıb.
Tibbi aksiya sakinlərin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və ixtisaslı tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə həyata keçirilib.