...

Şahbuz rayonunun Gömür kəndində tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən rayonun Gömür Kənd Tibb Məntəqəsində tibbi aksiya təşkil olunub.
​Aksiya çərçivəsində ümumilikdə 52 müayinə həyata keçirilib. Müayinələrin 10-u terapevtik, 5-i kardioloji, 12-si ginekoloji, 7-si cərrahi, 13-ü pediatrik, 5-i isə laborator müayinələrin payına düşüb.
​Tibbi aksiyanın əsas məqsədi ucqar kəndlərdə yaşayan kənd sakinlərinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsidir.