Şərur rayonunun Tənənəm kəndində tibbi müayinə aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 26 noyabr 2026-cı il tarixdə “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsinin ixtisaslı həkim briqadası tərəfindən rayonun Tənənəm kəndində tibbi müayinə aksiyası keçirilib.
Aksiya zamanı 65 nəfər sakin müayinələrdən yararlanıb. Müayinələr zamanı ginekoloq tərəfindən 10, rentgen üzrə 12, pediatr tərəfindən 10, terapevt tərəfindən 15, nevropatoloq tərəfindən 11, USM üzrə 14, LOR üzrə isə 12 müayinə həyata keçirilib.
Belə aksiyaların keçirilməsi əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.