...

Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın rayon və kəndlərdə yaşayan sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlərin göstərilməsi üçün qrafikə uyğun davamlı olaraq tibbi aksiyalar təşkil olunur.
Əhalinin yaşayış məntəqələrində ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən növbəti belə aksiya Şərur rayonunun Kərimbəyli kəndində təşkil olunub.
​“Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşmış həkim briqadası tərəfindən keçirilən aksiya çərçivəsində sakinlərin müxtəlif ixtisaslar üzrə tibbi müayinələri aparılıb, sağlamlıq vəziyyətləri qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib.
​Belə ki, aksiya zamanı ümumilikdə 98 tibbi müayinə həyata keçirilib. O cümlədən 33 USM, 21 endokrinoloq, 11 LOR, 10 pediatr, 8 rentgen, 8 nevropatoloq və 7 ginekoloji müayinə aparılıb.