...

Şərur rayonunda içməli su anbarlarının dezinfeksiyası həyata keçirilib

Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin əməkdaşları tərəfindən rayonun Yuxarı Daşarx kəndində yerləşən 500 kubmetr və Aşağı Aralıq kəndində yerləşən 2000 kubmetr tutumlu su anbarlarında yuyulma və təmizlənmə işlərindən sonra dezinfeksiya tədbirləri həyata keçirilib.
Tədbirlər Şərur Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin əməkdaşları tərəfindən su anbarları təmizləndikdən sonra aparılıb. Anbarlardan laborator müayinələr üçün su nümunələri götürülərək Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin aidiyyəti laboratoriyasına göndərilib.
Aparılan tədbirlərin məqsədi əhalinin sağlamlığının qorunması, infeksion xəstəliklərin yayılmasının qarşısının alınması və sanitariya-epidemioloji təhlükəsizliyin təmin olunmasıdır.