Ordubad rayonunun Üstüpü kəndində tibbi müayinə aksiyası keçirilib
Martın 13-də “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən Ordubad Rayon Üstüpü Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif istiqamətlər üzrə tibbi müayinələr aparılıb. Ümumilikdə 24 kardioloji, 10 terapevtik, 3 ginekoloji, 4 infeksion, 13 cərrahi, 21 pediatrik, 34 ultrasəs müayinəsi (USM) və 20 laborator müayinə icra olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.