...

Ordubad rayonunun Nüsnüs kəndində tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən 24 sentyabr 2026-cı il tarixində Ordubad rayonunun Nüsnüs kəndində tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində vətəndaşlara kardioloq üzrə 11, pediatr üzrə 10, ginekoloq üzrə 5, terapevt üzrə 13, USM üzrə 18, EKQ üzrə 11 müayinə aparılıb. Müayinələr zamanı 15 vətəndaş ön müayinədən sonra ixtisaslı oftalmoloqun müayinəsinə yönləndirilib.
Tibbi aksiyaların keçirilməsində əsas məqsəd əhalinin yaşayış məntəqələrində ixtisaslı tibbi xidmətə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinələrin əhatə dairəsinin genişləndirilməsidir.