...

Ordubad rayonunun “Aza Kənd Tibb Məntəqəsi”ndə tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Ordubad rayonunun “Aza Kənd Tibb Məntəqəsi”ndə tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində 16 nevroloji, 9 cərrahi, 18 ultrasəs müayinəsi (USM) və 11 terapevtik müayinə olmaqla, ümumilikdə 54 müayinə aparılıb.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və ixtisaslı tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədi daşıyan bu cür aksiyalar regionlarda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.