...

Ordubad Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası keçirilib

“Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən martın 18-də Ordubad Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası təşkil olunub.
​Aksiya çərçivəsində rayon sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Belə ki, müraciət edən vətəndaşlardan 11 nəfər nevropatoloq, 19 nəfər otorinolarinqoloq (LOR), 23 nəfər oftalmoloq, 10 nəfər travmatoloq, 2 nəfər cərrah və 18 nəfər qastroenteroloq tərəfindən müayinə olunub.
​Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyac olduqda əlavə müayinə və müalicə ilə bağlı müvafiq tövsiyələr verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.