Nazirliyin kollektivi "Şəhidlər bağı"nın salınması mərasimində iştirak edib
"Naxçıvan Qaziləri" İctimai Birliyinin təşəbbüsü ilə Vətən müharibəsinin qələbə ilə başa çatmasının 4-cü ildönümü münasibətilə Babək rayonu, Əshabi-Kəhf ziyarətgahının yaxınlığında "Şəhidlər bağı"nın salınması mərasimi keçirilib. Tədbir,ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, onların göstərdikləri qəhrəmanlıqları unutdurmamaq məqsədini güdüb.
Mərasimdə Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxov və nazirliyin əməkdaşları da iştirak edib.
Yeni salınan "Şəhidlər bağı" gələcəkdə hər kəsin ziyarət edə biləcəyi bir məkana çevriləcək və şəhidlərimizin əziz xatirəsini yaşatmaq üçün vacib bir simvol olaraq fəaliyyət göstərəcəkdir.