
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və tabeliyindəki tibb müəssisələrində iməcliklər təşkil olunub
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və tabeliyindəki tibb müəssisələrində iməcliklər təşkil olunub
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi və ictimai nəzarətin gücləndirilməsi məqsədilə iməclik aksiyası təşkil olunub. Aksiya çərçivəsində nazirliyin aparatında, eləcə də tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində birgə iməcliklər keçirilib.
Tədbir zamanı ətraf mühitin abadlaşdırılması, yaşıllıqların qorunması, tibbi müəssisələrin həyətyanı sahələrinin təmizlənməsi və səliqəyə salınması işləri aparılıb. Həmçinin, yaz mövsümünə uyğun olaraq, yaşıllaşdırma tədbirləri görülüb və bir sıra ağacəkmə işləri də həyata keçirilib.
Bu təşəbbüs, tibb işçilərinin yalnız tibbi xidmət sahəsində deyil, həm də ekoloji məsuliyyət baxımından da aktiv iştirakını əks etdirir. İməclik aksiyası həm kollektiv ruhunun gücləndirilməsi, həm də sağlam və təmiz mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.