Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov nazirliyin inzibati binasında vətəndaş qəbulu həyata keçirib
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov nazirliyin inzibati binasında vətəndaş qəbulu həyata keçirib. Qəbulda nazirliyin aidiyyatı struktur bölmə rəhbərləri də iştirak edib.
Vətəndaşların müraciətləri əsasən işlə təminat, dərman təminatı, əlillik məsələləri və digər mövzularla bağlı olub. İşlə bağlı müraciət edən vətəndaşlar vakant vəzifələr üzrə keçiriləcək müsahibələrdə iştirak etmək üçün qeydiyyata alınıb. Digər mövzuların isə qanunvericiliyə uyğun olaraq araşdırılması və həll edilməsi üzrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbulda ümumilikdə 70 nəfərin müraciətinə baxılıb.
.jpeg)
1.jpeg)
