...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Türkiyədə keçirilən konqresdə iştirak edib- başlıq

Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatoloq-ortopedi Amin İsmayılov 05-08 dekabr 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “I. Ulusal Yanık Kongresi”ndə iştirak edib. Beynəlxalq əhəmiyyət daşıyan bu konqresdə yanıq travmalarının müalicəsi, qabaqcıl tibbi metodlar və innovativ yanaşmalar müzakirə olunub. Həkimin bu iştirakını Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlığı dəstəkləyib. Bu əməkdaşlıq həkimlərin peşəkar inkişafına və beynəlxalq təcrübə mübadiləsinə mühüm töhfə verir.