Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Şərur rayonunda müayinələr aparılır
Naxçıvan MR Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Şərur rayonu və onun kəndlərində genişmiqyaslı müayinələr aparılır. Aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması, xəstəlik hallarının erkən mərhələdə aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsidir. Qeyd edək ki, müayinələr bir neçə gün davam edəcək və bu müddət ərzində vətəndaşlara müvafiq tibbi dəstək və maarifləndirmə xidmətləri də göstəriləcək.