Babək rayonunun Gərməçataq kəndində tibbi aksiya keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin ixtisaslı həkim briqadası tərəfindən rayonun Gərməçataq kəndində əhaliyə tibbi xidmətlərin göstərilməsi məqsədilə tibbi aksiya keçirilib.
Aksiya çərçivəsində ümumilikdə 61 müayinə aparılıb. Bunlardan 13-ü ultrasəs müayinəsi (USM), 14-ü kardioloji, 13-ü elektrokardioqrafiya (EKQ), 10-u terapevtik, 11-i isə pediatrik müayinə olub.
Bu cür tibbi aksiyalar əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.