Babək Rayon Mərkəzi Xəstəxanasında qrip əleyhinə peyvəndləməyə başlanılıb
2026–2027-ci illərin payız-qış mövsümündə qrip və kəskin respirator virus infeksiyalarının profilaktikası məqsədilə Səhiyyə Nazirliyinin müvafiq əmrinə uyğun olaraq xəstəxanada peyvəndləmə tədbirləri həyata keçirilir.
Kampaniya çərçivəsində tibb işçiləri və digər risk qruplarının peyvəndlənməsi nəzərdə tutulur.
Qrip əleyhinə peyvənd xüsusilə 65 yaşdan yuxarı şəxslər, xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və immun sistemi zəifləmiş şəxslər üçün mühüm əhəmiyyət daşıyır.
1.jpeg)