Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunmuşdur.
Xəstəxanaya təqdim edilən süni intellekt dəstəklı ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Bu cür müasir tibbi avadanlıqların tibb müəssisələrinə verilməsi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində atılan mühüm addımlardandır.