Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Neonatal cərrahiyyə və yenidoğulmuşlarda kritik vəziyyətlərin idarə olunması” mövzusunda “Bakı–Naxçıvan Neonatologiya məktəbi” keçirilib.

Hibrid formatda təşkil olunan, 260-dan çox tibb mütəxəssisinin iştirak etdiyi tədbirdə neonatologiya, neonatal cərrahiyyə və intensiv terapiya sahələrində aktual məsələlər müzakirə olunub, mütəxəssislərin məruzələri dinlənilib.
İki gün davam edəcək elmi-praktik tədbir Bakı və Naxçıvan arasında təcrübə mübadiləsinin genişləndirilməsi və yenidoğulmuşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edir.

.jpeg)