1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Naxçıvanda Maarifləndirici Aksiya Keçirilib
1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yoluxucu xəstəliklərin profilaktikasına dair genişmiqyaslı maarifləndirmə aksiyası həyata keçirilmişdir.
Tədbir çərçivəsində əhali arasında İİV/QİÇS və digər yoluxucu xəstəliklər barədə məlumatlandırma aparılmış, risk faktorları, qorunma üsulları və erkən diaqnostikanın əhəmiyyəti ilə bağlı izahlar təqdim olunmuşdur. Bununla yanaşı, sakinlər üçün könüllü və anonim şəkildə sürətli testlər, yerində ilkin müayinələr və məsləhət xidmətləri təşkil edilmişdir.
Aksiyanın məqsədi ictimai maarifləndirməni artırmaq, sağlam həyat tərzinin təşviqi və yoluxucu xəstəliklərin vaxtında aşkarlanmasına dəstək göstərmək olmuşdur.


