Yuxarı Əndəmiç kəndində tibbi aksiya keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Culfa Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən Yuxarı Əndəmiç Kənd Tibb Məntəqəsində tibbi aksiya keçirilib.
Aksiya zamanı kardioloq tərəfindən 11, pediatr tərəfindən 7, ginekoloq tərəfindən 3 müayinə aparılıb. Həmçinin 15 USM və 12 EKQ müayinəsi həyata keçirilib.
Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərə əlçatanlığın artırılması və xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyan bu cür aksiyalar dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının mühüm təzahürüdür.