...

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi və tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib.
Ziyarət zamanı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub, abidə önünə gül dəstələri düzülərək onların ruhuna hörmət ifadə edilib.