...

Xidməti mədəniyyət və etik davranış qaydaları” mövzusunda təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Peşəkar inkişaf planı”na uyğun olaraq tibb müəssisələrinin inzibati və qeydiyyat heyəti, mühafizəçiləri, təsərrüfat və texniki işçiləri, kiçik tibb işçiləri və xadimələri üçün “Xidməti mədəniyyət və etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
Təlim zamanı Nazirliyin müvafiq struktur bölmələrinin nümayəndələri tərəfindən xidməti mədəniyyət, etik davranış, əməkdaşlar və vətəndaşlarla düzgün ünsiyyət, iş prosesində etik normalara riayət olunması ilə bağlı məlumatlar verilib.
Təlimin keçirilməsində əsas məqsəd əməkdaşların bu istiqamətdə bilik və bacarıqlarının artırılması, tibb müəssisələrində xidmət mədəniyyətinin və işgüzar münasibətlərin daha da təkmilləşdirilməsidir. Bu cür təlimlərin keçirilməsi əməkdaşların peşəkar inkişafının və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.