...

Vənənd kəndində tibbi müayinə aksiyası keçirilib

Culfa Regional Tibb Mərkəzi  PHŞ-nin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən Vənənd kəndində təşkil olunan tibbi müayinə aksiyası çərçivəsində kənd sakinlərinə geniş tibbi xidmətlər göstərilib. Aksiya zamanı müxtəlif ixtisaslar üzrə müayinələr aparılıb, vətəndaşların sağlamlıq vəziyyəti yerində qiymətləndirilib və zəruri tibbi tövsiyələr verilib.

          Aksiya zamanı pediatrik 16, oftalmoloji 22, kardioloji 20, ginekoloji 3, terapevtik 8, nevroloji 6, cərrahi 18, infeksion müayinələr üzrə isə 2 müayinə aparılıb. Bununla yanaşı, ultrasəs (USM) üzrə 27, elektrokardioqrafiya (EKQ) üzrə 20, laborator analizlər üzrə isə 17 müayinə icra olunub.

          Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.