ünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Bağır Ələkbərovun ailəsini ziyarət edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Bağır Ələkbərovun ailəsini ziyarət edib. Ziyarət çərçivəsində şəhid ailəsinə mənəvi dəstək göstərilib, onların qayğıları ilə maraqlanılıb. Görüş zamanı şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğının davamlı xarakter daşıdığı xüsusi qeyd olunub, şəhidin əziz xatirəsi ehtiramla yad edilib.