Təhsil müəssisələrində sanitariya-gigiyenik vəziyyətə nəzarət və maarifləndirmə tədbirləri aparılıb
Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin əməkdaşları tərəfindən cari ilin noyabr ayı ərzində Naxçıvan şəhərində yerləşən 22 ümumtəhsil məktəbi və 12 məktəbəqədər təhsil müəssisəsində profilaktik yoxlama və maarifləndirmə tədbirləri keçirilib.
Yoxlamalar zamanı sinif, məşğələ və yataq otaqlarının, eləcə də sanitar qovşaqların sanitariya-gigiyenik norma və qaydalara uyğunluğu, havalandırma və dezinfeksiya rejiminə əməl olunması vəziyyəti qiymətləndirilib.
Bununla yanaşı, uşaqlar, şagirdlər və təhsil müəssisələrinin kollektivləri arasında mövsümi kəskin respirator virus infeksiyaları və parazitar xəstəliklərin yayılma səbəbləri, yoluxma yolları və profilaktikası barədə maarifləndirici söhbətlər aparılıb. Söhbətlərdə vaksinasiyanın yoluxucu xəstəliklərin qarşısının alınmasındakı rolu, helmintozların uşaqların sağlamlığına və inkişafına təsiri, şəxsi gigiyena qaydalarına riayət olunması, əllərin mütəmadi yuyulması, meyvə-tərəvəzlərin təmiz yuyularaq istehlak edilməsi kimi profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, təhsil müəssisələrində sağlam və təhlükəsiz mühitin təmin edilməsi, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə bu istiqamətdə nəzarət və maarifləndirmə tədbirləri mütəmadi davam etdirilir.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)