...

Sertifikasiya imtahanı öncəsi Ulu Öndərin abidəsi ziyarət olunub

 Naxçıvan Muxtar Respublikasında orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanı öncəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi, “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” PHŞ-nin rəhbərliyi və əməkdaşları tərəfindən abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsinə ehtiram ifadə olunub.
Qeyd edək ki, orta tibb işçiləri üçün sertifikasiya imtahanı bu gün saat 10:00-da və 15:00-da keçiriləcək.