...

Şahbuzkənd Kənd Tibb Məntəqəsində tibbi aksiya keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” və “Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxslərinin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Şahbuzkənd Kənd Tibb Məntəqəsində tibbi aksiya keçirilib.
Aksiya zamanı 19 USM, 19 ginekoloji, 6 laborator və 10 pediatrik müayinə olmaqla, ümumilikdə 54 müayinə aparılıb.
Aksiyanın məqsədi sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması və xəstəliklərin erkən aşkarlanmasına dəstək göstərilməsidir.