...

Şahbuzda tibbi müayinə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Sələsüz Kənd Ailə Sağlamlıq Mərkəzində əhali üçün tibbi müayinə aksiyası keçirilib.
​Aksiya çərçivəsində sakinlərin müxtəlif ixtisaslar üzrə tibbi müayinələri aparılıb, sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsi və xəstəliklərin erkən aşkarlanması istiqamətində müvafiq tədbirlər görülüb.
​Müayinələr zamanı pediatr tərəfindən 10, kardioloq tərəfindən 12, terapevt tərəfindən 11, cərrah tərəfindən 5, ginekoloq tərəfindən 6 müayinə aparılıb. Həmçinin 5 laborator müayinədən istifadə olunub.
​Belə tibbi aksiyaların keçirilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılmasına, profilaktik müayinələrin təşviqinə və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına xidmət edir.