...

Şahbuzda növbəti tibbi müayinə aksiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə növbəti tibbi müayinə aksiyası həyata keçirilib.
​22 aprel 2026-cı il tarixdə xəstəxananın ixtisaslaşmış həkim briqadası Şahbuz Rayon Biçənək Kənd Tibb Məntəqəsində tibbi müayinə təşkil edib.
​Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə müayinələr aparılıb. Belə ki, 16 pediatrik, 10 cərrahi, 12 terapevtik, 13 laborator, 6 kardiorevmatoloji və 6 ginekoloji müayinələr həyata keçirilib. Ümumilikdə 63 nəfər vətəndaş tibbi müayinədən keçib, müraciət edən şəxslərə müvafiq tibbi məsləhətlər verilib və zəruri hallarda müalicə təyin olunub.
Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.