...

Şahbuz rayonunun Kükü kəndində tibbi müayinə aksiyası keçirilib

Əhalinin sağlamlıq vəziyyətinin yoxlanılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vətəndaşların ixtisaslı tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə bu gün “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Kükü Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası təşkil olunub.
​Aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Ümumilikdə 59 müayinə aparılıb. Onlardan 8 pediatrik, 7 terapevtik, 10 kardioloji, 3 cərrahi, 7 ginekoloji, 12 ultrasəs (USM) və 12 laborator müayinə həyata keçirilib.
​Aparılan müayinələrin nəticələrinə əsasən vətəndaşlara müvafiq tibbi məsləhətlər verilib, ehtiyac olan hallarda müalicələr təyin olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir.