Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ixtisaslaşmış həkim briqadası tərəfindən Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinədən keçirilib. Belə ki, 12 pediatrik, 10 cərrahi, 16 terapevtik, 10 kardiorevmatoloji, 5 ginekoloji müayinə və 4 laborator xidmət həyata keçirilib. Ümumilikdə 57 nəfərə müayinə aparılaraq müvafiq müalicə və tibbi tövsiyələr verilib.
Keçirilən bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, regionlarda yaşayan vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Səhiyyə sahəsinə göstərilən diqqət və qayğının nəticəsi olaraq belə humanitar aksiyalar mütəmadi davam etdirilir.