Şərur rayonunun Püsyan kəndində tibbi müayinə aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunun Püsyan Kənd Tibb Məntəqəsində “Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ, “Ağciyər Xəstəlikləri Dispanseri” PHŞ və Y.Budaqov adına Psixi Xəstəliklər Dispanserinin ixtisaslı həkim briqadaları tərəfindən tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində sakinlər infeksion, dermatoveneroloji, ftiziatrik və psixiatrik müayinələrdən keçirilib. Müayinələrin nəticələrinə əsasən yoluxucu xəstəliklər üzrə 10, dəri-zöhrəvi xəstəliklər üzrə 15, ağciyər xəstəlikləri üzrə isə 18 nəfər müayinə olunub. Ümumilikdə 43 nəfər müayinədən keçirilib.
Müayinələr zamanı vətəndaşlara sağlamlıqlarının qorunması ilə bağlı tövsiyələr verilib, əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər müvafiq tibb müəssisələrinə yönləndirilib.
.jpeg)
